ABŞ prezidenti Co Baydenin BMT-dəki çıxışı zamanı F-16 qırıcısı bölgədən uçan kiçik təyyarənin qarşısını kəsib.
Axın.az xəbər verir ki, prezidentin çıxışı zamanı naməlum layner yerə yaxın istiqamətdə şübhəli uçuşlar həyata keçirib. Dərhal havaya qalxan qırıcı onu ərazidən uzaqlaşdırıb. Bildirilir ki, laynerdə şübhəli məqama rast gəlinməyib.
Təyyarə uçuşa qadağan olunmuş bölgəyə yaxınlaşdığı üçün uzaqlaşdırılıb.