Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Kəmaləddin Qafarovun seçicilərlə görüşünə jurnalistlər buraxılmayıb.
Axin.az-ın xəbərinə görə, jurnalistlər görüş bitdikdən sonra K.Qafarova yaxınlaşmaq istəsələr də, mühafizəçilər imkan verməyib, jurnalistlərə zor tətbiq edilib.