Husilər Səudiyyə Ərəbistanının bir neçə obyektinə zərbələr endirib.
Axin.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hücum zamanı dünya miqyaslı əhəmiyyəti olan "Aramco"şirkətinə aid neft obyektləri, Abha hava limanı, Xamis Mşeit bazası bombalanıb.
Daha bir neçə obyektə zərbələr endirildiyi bildirilir. Məsələ ilə bağlı Səudiyyə Ərəbistanı və "Aramco"dan hər hansı açıqlama verilməyib.