Tanınmış sosioloq Əhməd Qəşəmoğlunun tələbələri yeni bir sosial iş xidməti qrupu yaradıb. Qrupun adı isə insanlar tərəfindən olduqca maraqla qarşılanıb: Masallılı Qızların Sosial İşçilər Qrupu!
Qrupun üzvləri Axın.az-a müsahibəsində qeyd etdilər ki, ”Cənub zonasında gənc qızlarla bağlı bu gün bir çox problemlər yaşanır. Belə ki, erkən nikah problemi, işsizlik problemi, maddə asılılığı və digər sosial problemlər bu gün cəmiyyətmizi məhv edir. Bu həm insanlarda fiziki sağlamlığın, həm də mənəvi zənginliyin ciddi şəkildə aşağı düşməsinə səbəb olur. Qərara aldıq ki, bu problemləri kənardan gələn mütəxəssilər deyil, biz sosial işçilər həll etməliyik. Bu problemləri biz daha dərindən bildiyimiz üçün belə bir qrupun yaradılmasını zəruri bildik”.
Vəfa Alcanova,
Axın.az