AMEA-nın mətbuat katibi vəzifəsindən azad edilib? + FOTO

34 1-10-2022, 14:10 Cəmiyyət



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayevanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

A.Balayevə açıqlamasında birbaşa vəzifədən azad edilmədiyini, sadəcə Nazirlər Kabinetinin qərarı ilə AMEA-da struktur dəyişikliyi olduğunu və bütövlükdə mətbuat katibi postunun ləğv edildiyini diqqətə çatdırıb:



“İşdən azad olunduğumu demək doğru olmaz. Çünki AMEA-da struktur dəyişikliyi olub. Artıq sadəcə İnformasiya şöbəsi fəaliyyət göstərəcək, orada isə məndən əvvəl fəaliyyət göstərən şəxs var. Hazırda başqa bir yerə təyinat almamışam”.

Azadə Balayeva bildirib ki, yaxın günlərdə AMEA-nın institutlarından birində ictimaiyyətlə əlaqələr şöbəsində çalışmağa başlayacağı gözləniləndir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib. Bu struktura uyğun olaraq 22 elmi müəssisə fəaliyyət göstərəcək və ümumi işçilərin sayı 3 510 nəfər olacaq.

Sayad Həsənli

XƏBƏR LENTİ