“Şəhid adının əbədiləşdirilməsi ilə bağlı problemlər qalmaqdadır. Şəhid adının məktəblərə verilməsi ilə bağlı problemlər var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. O bildirib ki, şəhid ailələrini, məktəbin kollektivini məmnun etmək üçün adların verilməsi qaydasında dəyişiklik edilməlidir:
“Küçələrə adların verilməsi, şəhid muzeyinin salınması və s. məsələləri sadə vətəndaşlar həll etmək istəyəndə, yerli orqan bunu öz üzərinə götürdüyünü deyir, daha sonra mərkəzi icra orqanının üzərinə atır və yekunda nəticə olmur. Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə yenidən baxılmalıdır”.