“O qadınların küçələrdə yürüş etməsinə ehtiyac var idimi? Bu məsələlər ictimailəşir və biabır olursan”
Bunu Moderator.az-a açıqlamasında Bakı Qızlar Universitetinin yaradıcısı, professor Ağarəhim Rəhimov deyib. Professor bu cür məsələlərə müdrik yaşanmağın vacibliyini vurğulayıb:
“O qadınların küçələrdə yürüş etməsinə ehtiyac var idimi? Bu məsələlər ictimailəşir və biabır olursan. Gərək müdrik düşünəsən və bütün düşüncələrin arxasında müdriklik dayanır. Müdriklik olanda artıq söz-söhbətlər də ortaya çıxmır. Bu cür özbaşınalıqlar ailələrdə də olur. Ona görə də məsələyə həyatı baxımdan yanaşmaq lazımdır. Mənim özümdə də çatışmayan xüsusiyyətlərim var. Əsəbiləşib hansısa sözü deyirəm, amma sakitləşəndə dediyim o sözə görə peşman oluram. Deyirəm ki, niyə bunu etdim, mənə vacib idimi?”.
Professorun sözlərinə görə insan vətənə olan sevgisini də əməliylə göstərməlidir:
“Hamı xalqını sevə bilmir axı. Vətəni sevməyi sözdə görənlər var. Bizim Vətən müharibəsində oğullarımız şəhid və qazi oldu. Vətən başqa şeydir. Mənim kabinetdə oturub yağlı-yağlı danışmağımla deyil. Vətən əməldə görünür. Eləcə də hadisələri də bu cür təsəvvür edirəm”.
Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Bakıda özlərini feminist adlandıran bir qrup qadının “8 marş” adlı yürüş etməsi bir neçə gündür ki, müzakirələrə səbəb olub.