BŞİH "8 marş" aksiyası ilə bağlı müraciətə cavab verdi

Cəmiyyət
3 Mar 2021
17:15


Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup qadının martın 8-də "8 marş - Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirməklə bağlı müraciətinə cavab verib.

Qaynarinfo-nun məlumatına görə, BŞİH yürüş keçirilməsini məqbul saymayıb.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Fəvvarələr meydanından ("McDonalds”ın qarşısından) Azad qadın heykəlinə kimi yürüş keçirilməsinə razılıq verilməsi üçün BŞİH-nə müraciət etmişdi.