Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
AXİN.AZ unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub.