Rusiyada dəhşətli qətliamı törədən görün kim imiş - 13 ölü / VİDEO
Araşdırma / Hadisə
11-05-2021, 13:28
Tatarıstanın paytaxtı Kazanda qətliam törədən silahlılardan biri həbs edilib.
AXİN.AZ Tass agentliyinə istinadən xəbər verir ki, zərərsizləşdirilən yeniyetmənin 17 yaşı var. Digər silahlı isə məhv edilib. İddialara görə, hadisəni törədənlərdən biri bu gün səhər saatlarında sosial media hesabında "Bu gün çoxlu zibil öldürəcəm və sonda özümü də güllələyəcəm" sözlərini yazıb.
Qeyd edək ki, məktəbə təşkil edilən hücum zamanı azı 13 nəfər həyatını itirib. Çox sayda yaralı var. Hadisənin səbəbləri araşdırılır.