LG Electronics Inc. (LG), 2021-in ilk rübünü 18,81 trilyon von (16,90 milyard ABŞ dolları) məbləğində satış və 1,52 trilyon von (1,36 milyard ABŞ dolları) mənfəət ilə başa vurub.
Marja xəbər verir ki, ötən ilin ilk rübü ilə müqayisədə gəlirlər 27,7%, mənfəət 39,1% artıb. Bu, dünyanın dörd bir tərəfindəki istehlakçıların evdə daha çox zaman keçirməyə davam etdikcə LG ev alətləri və ev əyləncə məhsullarına olan çox güclü tələbini əks etdirir.
8,1% mənfəət marjası şirkətdə ən yüksək üç aylıq nəticədir.
LG Electronics