Son günlər yoluxanların və ölənlərin sayındakı azalmaların karantin rejimində növbəti yumşalmalara imkan verəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Belə ki, yoluxanların sayında azalmalar davam edərsə, məscidlərdə insanların ibadət etməsinə icazə veriləcəyi ilə bağlı da fikirlər bildirilir. Yaxın vaxtlarda məscidlərdə ibadətlərə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə karantin rejimi davam etdiyinə və pandemiya təhlükəsi sovuşmadığına görə bu məsələ gündəmdə deyil:
"Əgər yoluxanların sayı azalarsa, vəziyyət stabilləşərsə, bu məsələyə gələcəkdə baxılması nəzərdən keçirilə bilər. Əlbəttə, bununla bağlı qərarı Operativ Qərargah verir. Bilirsiniz ki, Operativ Qərargah ölkəmizdə və dünyadakı epidemioloji vəziyyəti, yoluxanların, ölənlərin sayını analiz edərək karantin rejimi ilə bağlı qərarlar qəbul edir. Hazırda ölkəmizdə hələ də pandemiya ilə mübarizə aparıldığını nəzərə alaraq insanların kütləvi toplaşmasına icazə verilmir. Gələcəkdə stabillik olarsa, məscidlərdə yenidən kütləvi ibadətlərə icazə verilə bilər. Operativ Qərargahda epidemioloji analiz edib, görsələr ki, mövcud durum belə bir yumşalmalara getməyə imkan verir, o zaman bu barədə müvafiq qərar qəbul edəiləcək. Lakin hazırda məscidlərin insanların kütləvi ibadətləri üçün açılması məsələsi gündəmdə deyil".