28 avqust 2020-ci ildə Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğlunun yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Gəncə şəhər prokurorluğundan AXİN.AZ-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib:
“İstintaqla zərərçəkmişin qohumu Rəfiyev Seymur Natiq oğlunun Yusif Dəmirova olan borcunu qaytara bilməməsi və sonuncunun ondan borcunu tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Seymur Rəfiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.