Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejiminin hava hücumundan müdafiə sistemlərinin xərçəng xəstəliyini artırdığı iddia olunub.
Bu barədə iddianı "Yediot Ahronot " qəzeti yayıb.
Qəzet vurğulayıb ki, "Dəmir Qübbə" müdafiə sistemlərində xidmət edən qadın və kişi hərbçilərdə son zamanlar xərçəngə yoluxma faizi daha da artıb.
İddiada bir çox zabitin bundan şikayətçi olduğu da diqqətə çatdırılıb.
İsrail rejimi isə iddiaları təkzib edib və bunun həqiqəti əks etdirmədiyini vurğulayıb.