Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab matçında “Keşlə” ilə qarşılaşacaq “Zirə” oyuna ciddi itkilərlə çıxacaq.
AXİN.AZ xəbər verir ki, yarımmüdafiəçi Riçard Almeyda cəzalı durumda olduğundan aprelin 29-dakı görüşü buraxacaq. Hücumçu Ruslan Qurbanov isə ötən həftə koronavirusa yoluxduğu üçün matçda iştirak etməyəcək.
Qeyd edək ki, birinci qarşılaşmada “Zirə” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.