İndiyədək Gürcüstanda koronavirusa üç təkrar yoluxma faktı təsdiqlənib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, COVID-19-a 140 şübhəli yoluxma halı qeydə alınıb və hazırda onlarla bağlı araşdırmalar davam etdirilir.