İyunun 15-dən etibarən “Show TV”də yayımlanacaq “Kuaförüm Sensin” adlı proqramda münsif kürsüsünə oturacaq Türkiyənin divası Bülent Ersoy Bodrumdan İstanbula gəlib.
Axin.az xəbər verir ki, sözügedən layihədən ayda 3 milyon 250 min türk lirəsi (817 min manat) qazanacaq Ersoy üçün üç otaq ayrılıb.
Sənətçinin 48 çamadanı üç otağa sığmadığından, daha iki otaq onun istifadəsinə verilib.