Türkiyənin müdafiə sənayesi şirkəti olan “Roketsan” fabrikində partlayış baş verib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Ölkənin Müdafiə Sənayesi naziri İsmail Dəmir partlayış zamanı zərərçəkənin olmadığını bildirib.
Ankaranın Elmadağ rayonunda yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 15:00) radələrində qeydə alınan hadisənin səbəbləri aydınlaşdırılır.