"Sanki vaxt dondu. Yaşam tərzini dəyişdi. Həyat qaynarlığını itirdi".
Axin.az xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkədə yazıb. Aktyor son günlər dünyada sürətlə yayılan koronavirus infeksiyasından, insanların küçəyə çıxmamasından yazıb:
"Bunların hamısı Allahdan gələn bir nidadır. Hər kəs özünə qayıtmalı, nə etdiklərinin fərqinə varmalıdır. Qəribədir, insanlar var, amma dünya boş qalıb. Dua edək ki, Allahın köməkliyi ilə yenidən əvvəlki həyatımıza qayıdaq".