tutduğu vəzifədən azad edilib.
Axin.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Kamran Muradov DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri işlədiyi dönəmdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, öz yaxınlarına, qohumlarına saxta sənədlər, əlillik, ünvanlı sosial yardım düzəltdiyi üçün cəzalandırılıb. Vətəndaşların şikayəti əsasında ƏƏSMN-dən sözügedən idarəyə göndərilən yoxlama kifayət qədər nöqsanlar aşkarlayıb. K. Muradovun qohumları üçün düzəltdiyi saxta sənədlər, ünvanlı sosial yardımlar ləğv edilib. Dövlət büdcəsindən mənimsənilən pul geri ödətdirilib. Hətta Kamran Muradov özünü saxta pensiyaya çıxartdığına görə 8000 manat dövlət büdcəsinə pul ödəyib və ömürlük pensiyadan məhrum edilib.
Daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı