axin.az

SON DƏQİQƏ

STP Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməyib - İLGİNC

5-05-2020, 14:08

STP Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməyib - İLGİNCQlobal pandemiya fonunda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin böyük hissəsi Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülüb və proses davam edir.

Axin.az AzToday.az-a istinadən xəbər verir ki, bu günə açıqlanan rəqəmlərə görə, 3125 hüquqi şəxs tərəfindən fonda 85 milyon, 331 min, 373 manat pul köçürülüb. Həmçinin, 10435 fiziki şəxs də Prezidentin çağırışına qoşulub.

Fonda vəsait köçürən hüquqi və fiziki şəxslər arasında Sumqayıt Texnologiyalar Parkının və rəhbərliyinin adının olmaması maraq doğurur. Belə ki, Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihədir. 17 zavodu birləşdirən böyük Texnoparka dövlət büdcəsindən böyük həcmdə sərmayə qoyulub və texnoparkun qurulmasında ən müasir texnologiyalardan istifadə olunub. Amma buna baxmayaraq ölkənin bu ağır günündə STP və rəhbərliyinin proseslərdən kənarda qalması başadüşülən deyil.

Məlumata görə, STP-nin Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməməsinin əsas səbəbi maliyyə vəziyyətinin həddindən artıq pis olması ilə bağlıdır. Belə ki, istehsalat təcrübəsi olmayan STP rəhbərliyinin bərbad idarəetməsi nəticəsində texnopark tam potensialı ilə işləmir. Həmçinin, rəhbər şəxslərin merkantil maraqları və idarəetmənin şəffaf olmaması da STP-nin maliyyə vəziyyətinə təsir edib.

Qeyd edək ki, "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru Emin Məmmədovdur. "Expressbank”a da rəhbərlik edən Emin Məmmədovun STP-dəki fəaliyyəti dəfələrlə mediada tənqid olunub…


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA