axin.az

SON DƏQİQƏ

İranda koronavirusla bağlı yeni test hazırlandı

13-05-2020, 11:35

İranda koronavirusla bağlı yeni test hazırlandıİran alimləri koronavirusun mövcudluğunu 30 saniyə ərzində aşkarlamağa kömək edən test sistemini yaradıblar.

“Axin.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Qeyd edilir ki, sistem nanomateriallardan istifadə ilə yaradılıb. Agentliyin məlumatına görə, yeni test koronavirusun mövcudluğunu 95% dəqiqliklə aşkarlamağa qadirdir. Test həmçinin xəstəliyin ilk mərhələlərində virusu üzə çıxarır.

Qeyd edilir ki, test sistemi hələ sertifikatlaşdırılmayıb.

İranda daha 48 nəfər koronavirusun qurbanı olub. Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 733 nəfər olduğunu deyib. O bildirib ki, daha 1 481 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 110 767 nəfərə çatıb. K.Cahanpur 88 357 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib. O həmçinin 2 713 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA