axin.az

SON DƏQİQƏ

Azərbaycan diplomatları arasında koronavirusa yoluxan var? - RƏSMİ AÇIQLAMA

16-04-2020, 19:57

Azərbaycan diplomatları arasında koronavirusa yoluxan var? - RƏSMİ AÇIQLAMA“Xaricdə yaşayan diaspor fəalları arasında koronavirusa yoluxanlar var. Onlar Almaniya, İsveç, Fransa, ABŞ, Finlandiya, Ukrayna, Gürcüstan, Rusiyada olan fəallarımızdır”.

Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, komitə tərəfindən onların əksəriyyətinin gündəlik vəziyyəti ilə maraqlanılır və vəziyyətləri yaxşıdır:

“Diaspor fəallarımızı və vətəndaşlarımızı ciddi narahat edən məsələ yoxdur”.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, diplomatik nümayəndələrimiz arasında yoluxma halı baş verməyib:

“Onlar gücləndirilmiş şəkildə işlərini davam etdirirlər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA