“Koronavirusa yoluxanlar arasında həkimlərimiz də var. Xəstələri süni tənəffüsə qoşmaq çətin prosesdir. Bu zaman xəstələrdən ətrafa aerozol formasında virus yayılır və həkimlərimiz yoluxur”.
Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında çalışan həkim, həmçinin, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan həkimlərdən koronavirusa yoluxanlar var”.
“Həkimlərin ailə üzvlərindən də yoluxanlar olub. Həkimlər arasında yoluxma ağır olur. Çünki onların xəstələr arasında olması yüksək dozada virusun qəbuluna şərait yaradır”, - deyə R.Bayramlı əlavə edib.