axin.az

SON DƏQİQƏ

“Avropa və ABŞ-da polisləri ələ almalıyıq” - Sabiq səfirdən AÇIQLAMA

24-07-2020, 16:58

“Avropa və ABŞ-da polisləri ələ almalıyıq” - Sabiq səfirdən AÇIQLAMAXəbər verdiyimiz kimi, iyunun 12-də düşmən ölkə Tovuz sərhədində törədikləri təxribatın Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılmasından sonra militarist erməni hakimiyyətinin işğalçı siyasətini gizlətmək üçün dünyanın müxtəlif ölkələrinin əsasən ermənilərin daha sıx məskunlaşdığı şəhərlərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlara əl atırlar. İş o həddə çatıb ki, erməni təxribatçıları kütlə halında soydaşlarımızı Avropa və ABŞ-da tək-tək saxlayıb, aşağılamağa cəhd edirlər.

Məsələ ilə bağlı “MediaPost”a Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, keçmiş səfir İsfəndiyar Vahabzadə açıqlama verib.

Sabiq səfir hesab edib ki, erməni diasporu Avropa və ABŞ-da soydaşlarımıza qarşı hücumları polisə rüşvət verməklə apara bilir:

“Hazırda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi var. Mən özüm də bu qurumda çalışmışam. Bu gün dövlət tərəfindən bu quruma külli miqdarda pul ayrılır. Komitə Avropa və ABŞ-da yaşayan diasporlara maddi dəstək olmalıdır. Məqsəd xarici diasporlarımız fəaliyyət göstərdikləri ölkələrdə azərbaycanlılara arxa ola bilsinlər. Pul vacib amildir. Ermənilərin hər ölkədə öz diasporları var. Həmin ölkələrdə bəzən yüksək vəzifədə də çalışanları görmək olur. Mən 17 il səfir işləmişəm və bilirəm ki, xaricdə nəyi necə etmək olar. Hesab edirəm ki, polisləri pulla ələ almaq mümkündür.

O pulla polislər soydaşlarımıza əl qaldırmayacaq, müxtəlif məsələlərdə maneəçilik törətməyəcək və soydaşlarımızı müdafiə edəcəklər. Mən səfir olanda görürdüm ki, erməni tərəfi polisləri pulla ələ alıb, bizim üstümüzə salırdılar”.

“Xaricdə yaşayan bəzi azərbaycanlılar Avropa və ABŞ-da rüşvət keçmir” fikirlərinə İsfəndiyar Vahabzadə belə münasibət bildirib:

“Xeyr, səhv açıqlamadır. Rüşvət daş dövründən indiyənə kimi var. Bu hər bir ölkədə var. Bunun az-çox fərqi var. Brüsseldə, ABŞ-da və digər ölkələrdə polisə pul verib istədikləri işi gördürə bilirlər.

Bəli, səfir olduğum dövrdə bunun şahidi olmuşam. Avropa və digər ölkələrdə görmüşəm ki, ermənilər məhz diasporlarına ayırdığı pullarla vəzifəli şəxslərə, polislərə rüşvət verdirirlər. Hətta düşmən ölkənin diaspor komitəsi xaricdə kriminalları pulla saxlayır. Məqsədləri belə günlərdə soydaşlarımızın üzərinə hücum təşkil etməkdir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə bizim maraqlarımızı tam təmin edə bilmir. Bu gün xaricdə 6 milyona yaxın soydaşımız yaşayır. Bu, böyük rəqəmdir. Xaricdə yaşayan azərbaycanlıların sayı ermənilərdən qat-qat çoxdur. Sayımız onlardan çox olmasına baxmayaraq, nəyə görə ermənilər soydaşlarımıza hücum təşkil etsin?! Deməli, burada boşluqlar var. Hesab edirəm ki, Disapora Komitəsi və Xarici İşlər Nazirliyi bu boşluqları birgə aradan qaldırmalıdır. Sabiq XİN rəhbəri Elmar Məmmədyarovdan biz bu təşəbbüsü görmədik. Hazırkı Xarici işlər nazirimiz Ceyhun Bayramovdan bu təşkilatçılığı gözləyirik. Baxaq görək necə olacaq!”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA