axin.az

SON DƏQİQƏ

"Eldar Mahmudovun əmlakının dəyəri 100 milyondursa, oğurlanan pul onun iki qatıdır" - tanınmış hüquqşünas

2-06-2020, 15:31

"Eldar Mahmudovun əmlakının dəyəri 100 milyondursa, oğurlanan pul onun iki qatıdır" - tanınmış hüquqşünas"Keçmiş MTN Eldar Mahmudovun uşaqlarının adına 100 milyon funt sterlinqlik əmlaklar aşkarlandı. Əminliklə deyirəm ki, əgər əmlakın dəyəri 100 milyondursa, oğurlanan pul onun iki qatıdır. Çünki o 100 milyonu ora köçürmək, həmin əmlakları almaq üçün elə həmin pullar qədər köçürmələrə, banklara, rielterlərə, vəkillərə və başqalarına xidmət haqları ödənilibdir. İndi hər şey batdı. Hələ həmin zibillərin məsuliyyətindən yaxa qurtarmaq üçün vəkil xərcləri də var".

axin.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Daha sonra Aslan İsmayılov qeyd edib: "İndi cavab versinlər, görüm buna görə yüz minləri gözü yaşlı, ac-yalavac qoymağa, illərlə ofisimin qabağında oturub yanıma gedib gələnləri, mənimlə telefonla danışanları şantaj edib mənə qarşı material toplamağa, bu alınmadıqda onlardan pul almağa dəyərdimi?!

Bax, burada deyirlər, Allah bəndə deyil ki, yerə enə barmaq soxub göz çıxarda! Ən dəhşətlisi də odur ki, geridə qalanlar da hələ baş verənlərdən nəticə çıxarmırlar".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA