axin.az

SON DƏQİQƏ

Xalq artistinə həsr olunan gecədə narazılıq

24-01-2020, 15:15

Xalq artistinə həsr olunan gecədə narazılıq“O boyda klarnet ifaçısının yubiley gecəsində səhnədə ancaq Vəli Qədimova aid olmayan müğənnilər oxuyurdu. Axı bu, biabırçılıqdır”.

Axin.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə yazıb. Musiqiçi Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Xalq artisti Vəli Qədimovun 80 illiyinə həsr olunmuş tədbirdən şikayətlənib.



O bildirib ki, gecə düzgün istiqamətdə təşkil olunmayıb və bu sənətkara qarşı hörmətsizlikdir:

“Böyük sənətkarlarımız var. Axı, o səhnədə Hakim Abdullayev, Qulammirzə Mirzəyev və başqaları ifa etməli idi. Axı “Qaya” vokal qrupunun və yaxud da o birilərinin Vəli Qədimov sənətinə və klarnetə nə aidiyyəti var? Onun rəqsləri ifa olunmalı idi. Bu, biabırçılıqdır. Onsuz da düşmənlərimiz o rəqsləri öz adlarına çıxardıb. Yenə də Allah rəhmət etsin sənətkara. Ancaq elə bildim ki, bu gün hansısa estrada müğənnisinin gecəsi idi”.

Qeyd edək ki, Vəli Qədimov uzun illər SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA