Xalq artisti Könül Xasıyeva Şəkidə olan evini sata bilmir.
Axin.az xəbər verir ki, karantin günlərini oradakı evində anası ilə birlikdə keçirən xanəndə buna görə qiymətdə də endirim edib.
Xasıyeva bu haqda sosial şəbəkədə profilində qeyd edib. O bildirib ki, əvvəl evi üçün 75 min dollar qiymət qoyub. İndi isə o, mənzili 60 min dollara satışa çıxarıb.
Muğam ifaçısının 1 mərtəbəli həyət evi 4 otaqdan ibarətdir.
Qeyd edək ki, K.Xasıyeva anasının səhhətinin yaxşı olmadığını deyib. O bildirib ki, Şəkidəki evi satıb, Bakıda bağ tikdirmək istəyir.