Avropa Mərkəzi Bankı (ECB) Avrozona bankları ilə xarici banklar arasında birləşmələr zamanı yaşanan bəzi problemləri aradan qaldıracaq.
“Axin.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu “ECB”in baş auditoru Andrea Enria bildirib.
“ECB-in Bank Nəzarəti-Müşahidəsi bölməsi törəmə şirkətlərin birləşdirilməsi prosesi zamanı həyata keçirilən tənzimləmələrin gücləndirilməsini müzakirə edir. Bundan başqa, biz xarici banklara likvidlik azadlığı verilməsi prosesini asanlaşdırmağa hazırıq”, – deyə, o bildirib.
O, qeyd edib ki, birləşmələrin qarşısındakı ən böyük əngəllərdən biri fərqli ölkələrdəki birləşmələr zamanı nəğd pul axının məhdudlaşdırılmasıdır.