axin.az

SON DƏQİQƏ

“Azərbaycan Dəmir Yolları” ötən il 1 000-dən çox şəxsi işə qəbul edib

16-01-2020, 20:47

“Azərbaycan Dəmir Yolları” ötən il 1 000-dən çox şəxsi işə qəbul edibHazırda “Azərbaycan Dəmir Yolları” QSC-də 18 170 nəfər çalışır.

“Axin.az” xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib.

“Ötən il 1 046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 13 65 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5 341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub”, - o deyib.

Bundan başqa, sədrin sözlərinə görə, ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfərə isə “Əmək veteranı” adı verilib.

“2015-ci illə müqayisədə əmək haqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb”, - C.Qurbanov əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA