Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həlak olmasına reaksiya verib.
Bu barədə "axin.az" UEFA-nın "Twitter"dəki səhifəsinə istinadən xəbər verir.
"İrqçiliyə yox de. Biz birlikdə güclüyük", - deyə UEFA-nın "Twitter"dəki müraciətində qeyd edilib. Təşkilatın müraciətinə qara kvadrat da əlavə edilib.