axin.az

SON DƏQİQƏ

“Barselona”ya yox, “Bavariya”ya keçəcəyimi düşünürdüm” – Arda Turan

9-05-2020, 17:00

“Barselona”ya yox, “Bavariya”ya keçəcəyimi düşünürdüm” – Arda TuranTürkiyə millisinin sabiq futbolçusu Arda Turan “Barselona”ya keçidi ilə bağlı maraqlı açıqlamalar verib.

Axin.az xəbər verir ki, o, “Marca”ya müsahibəsində deyib:

“Agentim “Barselona”ya keçəcəyim barədə mənə heç nə deməmişdi. O bildirmişdi ki, transfer razılaşdırıldıqdan 15 gün sonra bu haqda mənə məlumat veriləcək. Mən düşünürdüm ki, “Bavariya”ya keçirəm. Çünki bir il əvvəl “Mançester Yunayted”ə transferim məhz bu səbəbdən son dəqiqədə pozulmuşdu.

Sənəd agentimin çantasından düşəndə “Barselona”nın loqotipini gördüm. Buna inanmağım gəlmirdi. “Barselona”nı tərk edəndə çox təəssüflənmişdim. Valverde mənə çox oyun vaxtı vermirdi. Halbuki meydanda Messi və Suaresə hamıdan çox kömək edirdim”.

Xatırladaq ki Arda 2015-ci ilin yayında “Atletiko”dan “Barselona”ya transfer olunub. Onun qeydiyyatı isə yalnız 2016-cı ilin qışında qeydiyyata alınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA