Arda Turan klubunu tərk edir: Heyətə salınmadı

İdman
5 Oca 2020
21:37
Arda Turan klubunu tərk edir: Heyətə salınmadı“Başakşəhər”dən ayrılması gündəmdə olan Arda Turan üçün qərar çıxarılıb.

Axin.az xəbər verir ki, İstanbul klubu məşhur futbolçunu qış təlim-məşq toplanışı keçəcəyi heyətinə daxil etməyib.

İki mövsümdür ki, bu klubun formasını geyinən 32 yaşlı futbolçu oynadığı 39 matçda iki qol və dörd məhsuldar ötürməyə imza atıb. Onun adı son vaxtlar sabiq komandası “Qalatasaray”la çəkilir.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim də son açıqlamasında Arda Turanın bu kluba qayıtmasına yaşıl işıq yandırıb.

Qeyd edək ki, Arda Turan müqavilə ilə İspaniyanın “Barselona” klubuna məxsusdur. O, “Başakşehir”də icarə əsasında çıxış edir.