axin.az

SON DƏQİQƏ

UEFA-nın avrokuboklarla bağlı yeni planı müəyyənləşdi

8-05-2020, 19:00

UEFA-nın avrokuboklarla bağlı yeni planı müəyyənləşdiUEFA-nın koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı planları müəyyənləşib.

"Axin.az" "Marca" nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumu avrokubok matçlarını avqustda keçirməyi düşünür.

Milli assosiasiyalara məhz bu səbəbdən daxili çempionatları iyulun sonuna və ya avqsutun ilk həftəsinədək başa çatdırmaq tövsiyyə olunub.

ÇL-də 17 oyun, AL-də isə 27 oyun qalıb. Bu səbəbdən, qitənin ikinci dərəcəli klub turniri daha tez start götürməlidir. Görüşlərin həftə içi və həftəsonu keçirilməsi gündəmdədir. Hazırkı qeyri-müəyyən təqvimə əsasən, avqustun 26-da Avropa Liqasının, 3 gün sonra isə Çempionlar Liqasının finalı baş tutmalıdır.

Avrokuboklarda yeni mövsümün oktyabrın 20-dən sonra start götürəcəyi gözlənilir.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA