İngiltərə Premyer Liqa təmsilçisi “Aston Villa”nın dünənki məşqində qalmaqal yaşanıb.
Axin.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, icarə qaydasında Birmingem klubunda oynayan “Çelsi”nin futbolçusu Daniel Drinkuoter ilə Xota Peleteyro arasında dava düşüb. Münaqişə zamanı 30 yaşlı Drinkuoterin ispan futbolçunu kəllə ilə vurduğu bildirilir.
Baş verən olay “Aston Villa” rəhbərliyinin narazılığına səbəb olub. Qəzet yazıb ki, hazırda onlar futbolçu ilə müqaviləni ləğv edərək klubu “Çelsi”yə qaytarmaq barədə düşünürlər.
Qeyd edək ki, bu, Drinkuoterlə bağlı ilk qalmaqal deyil. O, ötən ilin sentyabrında gecə klubunun qarşısında davada iştirab edib. Bu zaman aldığı zədə səbəbindən bir neçə həftəni buraxmalı olub.
Xatırladaq ki, o, mövsümün əvvəlini “Bernli”də keçirib. Bu ilin yanvarında isə “Çelsi” futbolçusunu “Aston Villa”ya icarəyə verib.