"Atalanta" klubda icarə əsasında çıxış edən Mario Paşaliçi birdəfəlik alıb.
Axin.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İtaliya mətbuatı bunun üçün A seriyası təmsilçisinin "Çelsi"yə 17.5 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, M.Paşaliç bu mövsüm İtaliya çempionatında 24 matçda 5 qol vurub.