axin.az

SON DƏQİQƏ

Bakıda polis intihar etmək istəyən gənci belə xilas etdi - VİDEO

11-05-2020, 12:44

Bakıda polis intihar etmək istəyən gənci belə xilas etdi - VİDEOÖtən gün paytaxtda intihar hadisəsinin qarşısı alınıb.

Axin.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

Paylaşımda qeyd olunub ki, metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan gənc intihar etmək istədiyini deyib.

Bu zaman Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının yaxınlıqda olan əməkdaşlarından biri hadisənin qarşısını alıb.

Vətəndaşların sözlərinə görə, Çevik Polis Alayının serjantı Xanlar Nəcəfov intihar etməyə cəhd edən şəxsi xilas edib.

Həmin görüntüləri təqdim edirik:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA