Bu gün səhər Neftçala rayonunda intihar hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonun Haqverdili kənd sakini, 1970-ci ildə anadan olmuş Eldar Fazil oğlu Hüseynov özünü yaşadığı evin həyətindəki ot damında asaraq intihar edib. E.Hüseynovun uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.