Gəncə şəhərində sükan arxasında infarkt keçirən sürücü qəza törədib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Feruz Mehdiyev idarəetdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman infarkt keçirib.
Nəticədə avtomobil idarəetmədən çıxaraq yol kənarındakı avtomobilə çırpılıb. Hadisə yerinə baxış zamanı sürücünün infarktdan öldüyü məlum olub.