axin.az

SON DƏQİQƏ

Birinci vitse-prezidentin yeni köməkçisi Andrey Sipilin haqda ilginc FAKTLAR - FOTO

9-01-2020, 11:16

Birinci vitse-prezidentin yeni köməkçisi Andrey Sipilin haqda ilginc FAKTLAR - FOTOXəbər verdiyimiz kimi, 10 gün əvvəl Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilinin kimliyi sosial şəbəkələrdə geniş müzakirə olundu.
Daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışan Andrey Sipilin və ailəsi barədə mətbuatda ətraflı məlumatın olmaması sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb oldu.
Yeniavaz.com-un məlumatına görə Birinci vitse-prezidentin yeni köməkçisi Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın yeganə övladıdır. Milliyətçə yəhudi olan Tatyana Aleksandrovna Qoldman 1954-cü ildə Bakı şəhərində anadan olub.

Birinci vitse-prezidentin yeni köməkçisi Andrey Sipilin haqda ilginc FAKTLAR - FOTO

Tatyana Qoldmanın əsli Ukraynaya gedib çıxır. Atasının vəkil babası Rusiya imperiyasında Sankt-Peterburq Universitetində təhsil almış 5 yəhudidən biri olub. Tatyana xanımın ata tərəfdən ailəsinin soyadı Qusman olub. Ata tərəfi əvvəlcə İspaniyadan qovulub, daha sonra isə XX əsrin əvvəllərində Ukraynadan Bakıya köçüb. Ana tərəfi isə Ukraynadan Bakıya XIX əsrdə gəlib.
Tatyana Qoldmanın atası, Andrey Sipilinin babası məşhur memar olub. Onun Bakıda tikdiyi bir çox bina hələ də qalmaqdadır.
Birinci vitse-prezidentin yeni köməkçisi Andrey Sipilin haqda ilginc FAKTLAR - FOTO

Tatyana Qoldman bir-neçə il əvvəl İsrail mətbuatına verdiyi müsahibədə bildirib ki, o, Rusiyadan olan qeyri-yəhudi ilə evlənib. Müsahibəsində deyib ki, onun üçün doğma vətən Azərbaycandır. O deyib ki, mənim ürəyim və köküm Bakıya bağlıdır.
Andrey Sipilin haqqında danışan Tatyana Qoldman deyib ki, oğlu azərbaycanlı müsəlman qadınla evlənib: "Gəlinim, nəvəm müsəlmandır. Onlar evləndiklərinə görə xoşbəxtdirlər. Buna görə mən də xoşbəxtəm"
Birinci vitse-prezidentin yeni köməkçisi Andrey Sipilin haqda ilginc FAKTLAR - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA