"Bu gün Gürcüstan sabit və dayanıqlı tranzit ölkəsidir”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria "Qardabani – 2” İES-in rəsmi açılış mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, Gürcüstan müxtəlif enerji daşıyıcılarının tranziti baxımından beynəlxalq tərəfdaşlar, Avropa İttifaqı və qonşu ölkələr üçün tam etibarlı tərəfdaşdır.
G.Qaxaria qeyd edib ki, İES Gürcüstanın energetika sistemi üçün olduqca əhəmiyyətlidir: "Qardabanidə yeni açılan İstilik Elektrik Stansiyası ilk növbədə Gürcüstanın enerji sisteminin dayanıqlığını və ölkənin enerji təhlükəsizliyini təmin edəcək”.