“Gürcüstan hökumətinin turizmlə bağlı ikitərəfli danışıqları demək olar yekunlaşdırdığı ölkələrdə epidemioloji vəziyyət gözlənilmədən pisləşib”.
“Axinaz”in yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.
O deyib ki, həmin ölkələr Gürcüstana müəyyən müddət gözləməyi təklif ediblər: “Həm epidemiya ilə mübarizə, həm də iqtisadiyyatın bərpası üzrə atılan hər bir addım olduqca düşünülmüş və ehtiyatlı olmalıdır”.
Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən sərhədlərini xarici turistlər üçün açmağa hazırlaşır.