"Real"ın transfer siyahısında olan daha bir futbolçunun adı açıqlanıb.
Axin.Az "Don Balon"a istinadən xəbər verir ki, Madrid klubu "Vulverhempton"dan Ruben Nevesi heyətinə qatmaq istəyir. İddiaya görə, "Real" İngiltərə klubuna bu futbolçu üçün 65 milyon avro təklif edir.
Qeyd edək ki, Ruben Neves "Vulverhempton"a 2017-ci ilin yayında "Portu"dan 17,9 milyon avroya transfer olunub. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 31 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.