Türkiyənin "Qalatasaray" klubu "Monako"nun futbolçusu Henri Onyekurunu transfer edib.
"Axin.az"ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb. Onyekuru ilə Rusiya "Lokomotiv"i də maraqlanırdı.
Nigeriyalı forvard "Monako"ya 2019-cu ilin yayında İngiltərə "Everton"undan 13,5 milyon avroya keçib. Gənc oyunçu cari mövsümdə 4 matçda 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Monako" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, hazırda "Qalatasaray" Türkiyə Super Liqasında 17 oyundan 27 xalla 7-ci yerdə gedir.