Polşada indiyə qədər koronavirusa yoluxma halı qeydə alınmayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın Səhiyyə naziri Lukaş Şumovski bildirib.
O əlavə edib ki, qış mövsümü başlayandan bəri 28 nəfər adi qrip virusundan ölüb.
“Qripə yoluxduğuna görə, 11 min nəfər xəstəxanaya yerləşdirilib”, - nazir deyib.