Livan, Tunis, Polşa və İsraildə koronavirusa yoluxanların sayı artıb.
“HaberGlobal” məlumat verir ki, Livanda yeni növ koronavirusa yoluxanların sayı 21 nəfər artaraq 120-yə çatıb.
İsraildə 48 nəfərdə koronavirus aşkar edilib, yoluxanların sayı 298 nəfər olub.
Tunisdə isə yoluxanların sayı 4 nəfər artaraq 24-ə çatıb.
Məlumatda bildirilir ki, Polşada 177 nəfərdə koronavirus aşkar edilib, 4 nəfər isə bu virusdan ölüb.
Daha əvvəl bu ölkədə 52 nəfərdə koronavirusa yoluxma faktının aşkarlandığı, 1 nəfərin isə öldüyü bildirilmişdi.