axin.az

SON DƏQİQƏ

Həbs edilən icra başçısının “krışa”sı kim olub? – Keçmiş nazirin qohumudur

2-05-2020, 15:27

Həbs edilən icra başçısının “krışa”sı kim olub? – Keçmiş nazirin qohumudurDövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilən Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyevin yüksək dövlət vəzifəsinə təyinat almasında Baş nazirin keçmiş müavinlərindən birinin müstəsna xidmət olub.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, M. Quliyev sabiq kənd təsərrüfatı naziri, daha sonra Baş nazirin müavini olmuş İsmət Abbasovun qohumudur. Mənbə bildirib ki, ali təhsili və idarəçilikdə, dövlət qulluğunda heç bir iş təcrübəsi olmayan restoran müdirinin sürətli karyera yüksəlişi ancaq hakimiyyətdə yüksək post tutan himayəçisi sayəsində mümkün ola bilərdi. Mahir Quliyevin belə qohumcanlı vəzifə sarıdan bəxti gətirib. O, 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini, bir neçə ay sonra - 2006-cı ildə Astara rayonuna, 2011-ci ildə isə Biləsuvar rayonuna icra başçısı təyin olunub.

Vəzifədə olduğu müddətdə haqqında mediada çoxsaylı korrupsiya, rüşvət, yarıtmaz idarəçiliklə bağlı ittihamlar irəli sürülsə, barəsində Prezident Administrasiyasına çoxsaylı şikayətlər ünvanlansa da, “qüvvətli əl” onu qoruya bilib.

Bir başqa məlumata görə isə M.Quliyevin “Dövlət Dəmir Yolları”-nın rəhbəri Cavid Qurbanovla da yaxın dostluq əlaqələri var.

Ötən ilin sonlarında hakimiyyətdə aparılan struktur və kadr dəyişikliklərindən sonra belə məmurların vəzifədə qalmaq şansları azalıb. Vəzifəsindən sui-istifadə edərək, korrupsiya, rüşvət, mənimsəmə və s. cinayətlər törədən icra başçıları bir-birlərinin ardınca ifşa edilərək məsuliyyətə cəlb olunurlar. Bu prosesin davamlı olacağı şübhə doğurmur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA