Həbs edilən icra başçısı bu məmurların qohumdur

Araşdırma
22 Şub 2020
17:59

Həbs edilən icra başçısı bu məmurların qohumdur

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı İsmayıl Vəliyevin hökumət qurumlarında çoxsaylı qohumları çalışır.

axin.az-in araşıdırması zamanı bəlli olub ki, İsmayıl Vəliyev Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun yaxın qohumudur. Həmçinin araşdırmamız zamanı onu da öyrəndik ki, İsmayıl Vəliyevin həyat yoldaşı Xızı rayonunun icra başçısı Xəzər Aslanovun bacısıdır. İsmayıl Vəliyevin yaxınlarının övladlarının hüquq-mühafizə orqanlarında çalışması barədə də məlumatlar var.