“Disney” şirkətinin lentə aldığı “Mulan” filminin treyleri yayımlanıb.
Axin.az xəbər verir ki, “Ballada Mulan” poemasının motivləri əsasında lentə alınan ekran işində baş rolları aktrisa Liu İfeylə yanaşı Donni Yen və Ceyson Skott Li canlandırıblar.
Filmdə imperator obrazında isə məşhur aktyor Cet Li çəkilib.
Ekran əsərinin premyerası bu ilin martında olacaq.