ARB telekanalı koronavirusa görə işdə ciddi yoxlanışa başlayıb.
Axin.az-ın əldə etdiyi məlumata görə, səhər şirkətə gələn bütün işçilər qapıda yoxlanılır. Əvvəlcə onların spirtlə əllərini təmizləməsi tələb olunur. Daha sonra isə xüsusi aparatla hərarət ölçülür. Sonda isə işçilərdən barmaq izi götürülür.
Hətta gün ortasında çəkilişə gedib-gələn əməkdaşlar da yenidən eyni prosesi keçməlidir. Hərarəti olan əməkdaşın şirkətə buraxılmayacağı bildirilib.
Qeyd edək ki, bunla bağlı şairə-aparıcı Nazilə Səfərli də sosial şəbəkədə paylaşım edib. O, video yayımlayaraq, hərarəti yoxlandıqdan sonra efirə buraxıldığını vurğulayıb.